Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postundan nəqliyyat vasitələrinin növbəsiz keçidinin müqabilində gömrük əməkdaşlarının qeyri-qanuni vəsaitlər almasına dair yayılmış məlumatlar həqiqətə uyğun deyil.
ONN media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində “e-növbə” və “Sürətli keçid” xidmətlərindən istifadə etməklə nəqliyyat vasitələrinin növbəsiz keçidini təmin olunması müqabilində qeyri-qanuni vəsaitlərialınmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil.
"Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu ildə “Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem” təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protolokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində “e-Növbə” və “Sürətli keçid” xidmətlərinin tətbiqinə başlanıb", - deyə açıqlamada qeyd olunub./axar.az



Medianın dəstəyinə güvənirik – Gömrük Komitəsi
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Novruz bayramı ilə əlaqədar DGK gücləndirilmiş iş rejiminə keçəcək
Xaricdən maşın gətirənlərə ŞAD XƏBƏR
Sabahdan Rusiyadan Azərbaycana gediş- gəlişə qadağa qoyulur
Qırmızı körpüdə son durum necədir?
Avtobus və sərnişinlərinin Azərbaycana giriş qaydası müəyyənləşdi
Komitə rüşvət iddialarına cavab verdi
Külli miqdarda psixotrop maddə aşkar edildi
Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ
Gömrükçülər 10 200 ədəd "Marlboro Touch" siqareti aşkarladı
Gömrükçülər İrandan Rusiyaya qanunsuz aparılan dərmanları müsadirə etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 