Oktyabrın 11-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri dostluq, qardaşlıq rəmzləri ilə yadda qalıb. Görüşdə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə "Qırğızlar” haqqında kitab hədiyyə edib. Kitab 4 dilə tərcümə edilib. Nəşr Azərbaycan dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çevrilib.
Fonddan bildirilib ki, kitabda qırğızların adət-ənənələri, tarixi, dahi şəxsiyyətləri haqqında məlumat toplanıb.
Kitabın Çingiz Aytmatov haqqında hissəsində yazıçının Bakıya səfəri barədə belə yazılıb: "Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda "Çıngiz Aytmatov” ili elan olunmuşdu. Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bakıda keçirilib. Bakıda keçirilən yubiley mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovu qəbul edib, onu "Dostluq” ordeni ilə təltif edib”.
Qeyd edək ki, kitabın müəllifi Kanıbek İmanaliyevdir. Kitabı Azərbaycan dilinə Munisə Dadaşqızı tərcümə edib, redaktoru Vəli Əkbərdir.
Prezident İlham Əliyevə təqdim edilən Heydər Əliyev haqqında albomun materialları və görüş zamanı nümayiş etdirilən "İki dahi şəxsiyyət” filmi də Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə hazırlanıb. Filmdə Heydər Əliyevin Qırğızıstan səfərinə aid videomaterillardan istifadə edilib.



Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş forumun açılışı oldu
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “İki dahi oğlu...” adlı film çəkilmişdir
"Aytmatov - İmperiyanın son yazıçısı" kitabı Azərbaycan dilinə tərcümə edilib
Onun böyük ürəyi…
İlham Əliyev İstanbulda Prezidentlərlə açılışa qatıldı
Xocalı soyqırımı Bişkekdə qeyd ediləcək
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Japarovun rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Qırğızıstana gedib
"Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı nəşr olundu
Prezidentlər memorandum imzalaladı
Qırğızıstan-Azərbaycan dostluq parkı açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 