Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş “Çingiz Aytmatov və müasir dövrün çağırışları” İssık Kul forumunun Bişkek şəhərindəki bir nömrəli Prezident iqamətgahında açılışı olmuşdur.
ONN media xəbər verir ki, dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçıların qatıldığı tədbirdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov da iştirak etmişdir. Tədbiri açan Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz çıxışında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı məsləhət görüb. Dövlət başçısı deyib ki, adı çəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib. Tədbir çərçivəsində türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşmüdür. Fondun Prezidenti görüş zamanı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını təqdim etmişdir. Fondun rəhbəri kitab haqqında Dövlət başçısına qısa məlumat vermişdir. Qeyd edək ki pulsuz yayılması nəzərdə tutulan kitabı qırğız dilinə tanınmış tərcüməçi – şair Mukan Asanaliyev tərcümə etmişdir. Bundan başqa Nüsrət Məmmədov Qırğızıstanın Prezidentinə Çingiz Aytmatov haqqında fondun nəşr etdirdiyi bir neçə kitab daha təqdim etmişdir.



Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “İki dahi oğlu...” adlı film çəkilmişdir
Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?
Çingiz Aytmatov
"Aytmatov - İmperiyanın son yazıçısı" kitabı Azərbaycan dilinə tərcümə edilib
Onun böyük ürəyi…
Çingiz Abdullayevin son durumu necədir?
Astanada III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu keçirilib
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Xocalı soyqırımı Bişkekdə qeyd ediləcək
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Qırğız Respublikası prezidenti Azərbaycana gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 