26 fevral Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd ediləcək. ONN media xəbər verir ki, fevralın 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində Xocalı soyqırımı hadisəsi geniş qeyd ediləcək. Mərkəzləşdirilmiş kitabxanalar sisteminə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdiriləcək. Tədbirdə Səfərov Osman, Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Rəsulov Cəbi, aprel inqilabı qəhrəmanı Məmmədhəsənov Yusif, Azərbaycan diasporlar assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Türk diasporunun lideri Mürəfəddin Sakimov, kitabxanaların oxucuları, alimlər və ziyalılar iştirak edəcəklər. Bundan başqa, tədbir iştirakçılarına Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilib nəşr etdirilmiş, Qafar Əliyevin müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” rus, qırğız və qazax dillərində, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” rus və qırğız dillərində, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində kitabları hədiyyə ediləcəkdir. Qeyd edək ki, yuxarıda adları çəkilən kitablarda 26 fevral Xocalı faciəsindən bəhs edən geniş yazılar öz əksini tapıb.(publika)
Xocalı soyqırımı Bişkekdə qeyd ediləcək



Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “İki dahi oğlu...” adlı film çəkilmişdir
Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş forumun açılışı oldu
"Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı nəşr olundu
"Aytmatov - İmperiyanın son yazıçısı" kitabı Azərbaycan dilinə tərcümə edilib
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
Onun böyük ürəyi…
İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirildi
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Qahirədə Xocalı qurbanları anıldı
İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 