Metronun konseptual inkişaf sxemi artıq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib və əhalinin axın istiqamətləri araşdırılıb.
ONN media xəbər verir ki, bu sözləri Baku.vs-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Sözçü əlavə edib ki, sxemə əsasən, Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub:
“Bundan əlavə, mavi xəttin elektrik deposu Ramanı qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq. Şəhərin ictimai nəqliyyatla təmin olunması optimal həllini tapacaq.
Bakının ətraf kənd və qəsəbələri dedikdə, metro stansiyanın inşasından əlavə, ictimai nəqliyyatın rahatlığı və əlçatanlığından söhbət getməlidir. Misal üçün, Koroğlu istiqamətində 3 stansiya inşa edildikdən sonra Maştağa, Zabrat və digər istiqamətlərə marşrut xətlərinin açılması da nəzərdə tutulur. Optimal edilmiş nəqliyyat deyildikdə bu, nəzərdə tutulur.
Bakı kəndlərində yeni stansiyaların olub-olmaması növbəti gündəm məsələsinə çevrilə bilər. Bu da həmin ərazilərdə insanların zəruri ehtiyaclarından asılı olacaq. Bunlar hamısı mərhələli şəkildə uzunmüddətli planlardır. Bakının Baş Planı təsdiq olunduqdan sonra bu istiqamətdə geniş açıqlamalar olacaq”, - deyə Bəxtiyar Məmmədov məlumat verib.



Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək - RƏSMİ AÇIQLAMA
Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
Yeni metro stansiyası necə adlandırılacaq?
Bu ərazidə yeni metro stansiyası açılacaq
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?
Bakı metrosunda HƏYƏCANLI OLAY
DİQQƏT- Bu metro stansiyası təmirə bağlanır
Bakı Metrosunda İLK - İkimərtəbəli stansiya tikilir
Bakıda yeni metro stansiyası tikilir
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək - BU TARİXDƏ
3 mərtəbəli yeni metro stansiyası sərnişinlərin ixtiyarına veriləcək - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 