"Yeni Klinika"da tibb işçisi ilə pasiyent arasında insident olub, xəsarət alan var.
ONN media xəbər verir ki, bunu klinikanın Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssisi İlham Məmmədzadə deyib.
O bildirib ki, bir neçə gün öncə səhər saat 7:00 radələrində müayinə üçün müraciət edən Elxan Hüseynbaba oğlu Hüseynov adlı şəxs klinikanın növbə gözləmə aparatından özü ilə yanaşı müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib:
"Müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib. Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra E.Hüseynov ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib".
İ.Məmmədzadənin sözlərinə görə, vətəndaş qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirib, qollarını yaralayıb:
"Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Elxan Hüseynbaba oğlu Hüseynov qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib. İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Elxan Hüseynbaba oğlu Hüseynovun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib. Hazırda ibtidai araşdırma aparılır".



Kafedə silahlı insident - Bakıda
Bakı metrosuna balta ilə girən şəxsin aqibəti necə olacaq?
Şəhərdə insident: Ölənlər var
Model Razini döyən şəxs həbs edildi
Sabahdan bu klinikada canlı növbə randevu sistemi ilə ƏVƏZ EDİLİR - SƏBƏB
Yeni klinika işçilərini kütləvi şəkildə işdən çıxarır?
Bakıda poliklinikanın şüşələrini qırıb həkimləri döyən ər-arvada cinayət işi açıldı
Ağadadaş Ağayevin son durumu açıqlandı
"Yeni Klinika"ya mətbuat katibi təyin olundu
“İsrafil Hüseynov”da yanğının səbəbi açıqlandı
Lənkəranda ŞOK HADİSƏ: Maskalı şəxslər iş yerinə basqın etdi
Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 