Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqlarla bağlı əhaliyə müraciət edib.
Nazirlikdən ONN Media-ya verilən xəbərə görə, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir.
Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.
"Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.
Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq", - müraciətdə qeyd edilib.



FHN bununla bağlı XƏBƏRDARLIQ YAYDI
FHN əhaliyə müraciət etdi
FHN valideynlərə müraciət etdi
FHN tonqallarla bağlı əhaliyə müraciət etdi
FHN qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
FHN 3 nəfəri xilas etdi
FHN əhaliyə müraciət etdi
Köməksiz qalan 7 nəfər xilas edildi - FHN
Nazirlikdən əhaliyə müraciət
Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Ehtiyatlı olun...
Bakıda 25 metrlik quyuya düşmüş şəxs ölümdən qurtuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 