Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Səfərova vəfat edib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Film Fondu məlumat yayıb.
Bildirilib ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. “Mosfilm” kinostudiyasında "Əbədi təkanverici qüvvə" (1979), “Oğul” (1982) bədii filmlərini lentə almışdır. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə almışdır. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılıb.
2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.



16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür
Azərbaycanın əməkdar rəssamı vəfat etdi
Məhərrəm Bədirzadə vəfat etdi
Azərbaycanlı aktyor vəfat etdi - FOTO
Ruhəngiz Qasımova vəfat edib
16 noyabr Hamlet Qurbanovun vəfat etdiyi gündür
İncəsənət xadimi Lətif Səfərov
Şəfiqə Məmmədovaya ağır itki üz verib
Bu gün Ramiz Mirişlinin vəfat etdiyi gündür
14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 