"Naxçıvan Muxtar Respublikasının statusu haqqında kütləvi informasiya vasitələrində genişlənməkdə olan fərziyyələrin heç bir əsası yoxdur".
ONN media xəbər verir ki, bunu AMEA prezidenti, deputat, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Naxçıvanın muxtariyyət statusu siyasi-coğrafi amillər əsasında qurulub: "Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və Zəngəzurun erməni-bolşevik terrorçuları tərəfindən işğal edilməsi, regionun tərkibində olduğu Azərbaycandan ayrı düşməsi Naxçıvana muxtariyyət statusu verilməsini şərtləndirmişdir. Bu gün də bədnam Ermənistan Naxçıvana qarşı ərazi iddialarını beynəlxalq miqyasda səsləndirməkdə davam etdirməkdədir. Vaxtilə işğal edilmiş Qərbi Zəngəzur bölgəsi hələ də Ermənistanın istismarındadır. Ermənistan həmin ərazidən dəmir yolu və avtomobil yolu çəkilməsinə belə var gücü ilə mane olmağa çalışmaqdadır. Naxçıvanın muxtariyyət statusu haqqında məsuliyyətsiz bəyanatları yayanlar təcavüzkar və terrorçu Ermənistanın maraqlarına xidmət edir, dünyaya yayılmış daşnak ermənilərlə həmrəy olduqlarını bildirirlər".
"Eyni zamanda, son günlərdə mətbuatda yayılanlar İran İslam Respublikasında da bəzi qüvvələrin Naxçıvana qarşı xoşagəlməz fikirlərin səsləndirmələrinə yol açıb. Beləliklə, Naxçıvanın statusu haqqında sosial şəbəkələrdə qoyulan mövqe müstəqil Azərbaycan dövlətinin prinsiplərinə zidd olub, Ermənistan-İran maraqlarına dəstək verən anti-Azərbaycan mövqeyinin ifadəsidir. Xristian Ermənistanın ən böyük təəssübkeşi olan İranın Naxçıvana dair xülyalarının arxasında onun həm də növbəti dəfə Ermənistana pərəstiş etmək niyyətinin dayandığı da görünür", - İ.Həbibbəyli bildirib.
AMEA prezidenti vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan dövlətinin üzvi tərkib hissəsidir, ayrılmaz bir parçasıdır: "Naxçıvana muxtariyyət statusu 13 oktyabr 1921-ci il tarixdə qəbul edilmiş, beynəlxalq statusa malik olan Qars müqaviləsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ayrıca maddələrlə təsdiq edilib".



Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür
Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib
Prezidentdən Qərbi Zəngəzur açıqlaması
Ermənistan özünü yox edə biləcək SƏHVƏ YOL VERDİ: Türkiyəyə...
Azərbaycanda 1 qəsəbəyə şəhər, 2 kəndə qəsəbə statusu verildi
Naxçıvan Muxtar Respublikası-96
Azərbaycanda bu qəsəbə şəhər oldu
Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq
Naxçıvana BTQ ilə ilk dəfə yük daşındı
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkiləcək?
Həlak olan hərbiçimizə şəhid statusu verildi
Şəhid Ümüd Niftəliyevin cənazəsi Naxçıvana yola salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 