İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.
ONN media xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur: "Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir. Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər".
A. Nəcəfli deyib ki, bu yol həmçinin gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.



Gəncədən Kəlbəcər və Laçına yol çəkiləcək? – RƏSMİ AÇIQLAMA
İsa bulağına yeni avtomobil yolu çəkiləcək
Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ
Tərtər-Suqovuşan yoluna bu şəhərdən də giriş olacaq
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Şuşaya II avtomobil yolunun inşası bu tarixdə bitəcək
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Şuşaya çəkilən yoldan - FOTOLAR
"Zəfər yolu" istifadəyə veriləcək - BU TARİXDƏN...
Şuşaya gedən xidməti yol istifadəyə verildi
Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq
Ərdoğandan Zəngəzur dəhlizi MESAJI: "Daha irəli gedəcəksiniz"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 