Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.
ONN media xəbər verir ki, bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.
Erməni təbliğat maşını ötən gündən video yayaraq, guya həmin şəxslərin "artsaxın pasport-qeydiyyat şöbəsinin əməkdaşları" olduğu, maşında isə heç bir silah-sursat daşınmadığı haqda iddia paylaşırlar.
"Kalibr" sözügedən yolla silah daşındığını sübut edən video paylaşıb.
“Gördüyümüz kimi, silah daşınması gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən - yenə Xankəndidən Ermənistana doğru hərəkət var. Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur. O yol da mülki yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürür. Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə qidalandırmaqda davam edir, nəticədə dünən hərbçilərimiz şəhid olub”, - məlumatda deyilir.



Təxribatdan sonra Şuşada son durum necədir?
Qarabağda gərginlik: ŞƏHİDİMİZ VAR
Ermənilər Turşsudan nələr daşıyır?- ŞOK İDDİA
Ermənilər Qarabağa növbəti dəfə hərbi yük gətirdi
SON DƏQİQƏ: MM-dən TƏCİLİ MƏLUMAT
Qarabağa silah daşınmasına MN və XİN-dən cavab
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat...
Düşməndən əldə edilən silah-sursat - VİDEO
Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda bayrağımızı dalğalandırdılar
Erməni KİV: 6 erməni hərbçisi əsir götürülüb
Ermənistan ordusunun silah anbarı partlayıb- YARALILAR VAR
Füzulidə xeyli silah-sursat aşkar edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 