Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
ONN media-nın məlumatına görə, günün ikinci oyununda "Qarabağ" "Kəpəz"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin qollarını 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev, 76-cı dəqiqədə Musa Qurbanlı, 79-cu dəqiqədə Kvabena Ovusu vurub. Gəncə klubunun heyətində 75-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. 88-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib.
Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran "Qarabağ" liderliyini qorulub. "Kəpəz" 8 xalla 8-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Səbail"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb



"Qarabağ"dan növbəti qələbə
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Neftçi" bu komandaya məğlub oldu
"Qarabağ" "Şamaxı"nı 8 cavabsız qolla MƏĞLUB ETDİ
"Qarabağ" FK darmadağınla qalib gəldi
"Qarabağ" "Neftçi"ni məğlub etdi
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Neftçi" öz meydanında məğlub oldu
"Qarabağ"dan daha bir qələbə
"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu
"Qəbələ" "Səbail"i darmadağın etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 