Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.
Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib. Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.



"Qarabağ" "Səbail"i darmadağın etdi
"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Qarabağ"dan növbəti qələbə
"Qarabağ" "Neftçi"ni məğlub etdi
"Qarabağ" növbəti qələbəsini qazandı
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
"Qəbələ" "Səbail"i darmadağın etdi
"Qarabağ"dan daha bir qələbə
Qarabağ-Surix oyununun nəticəsi- YENİLƏNİB
"Neftçi" "Keşlə"ni darmadağın etdi
"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 