İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəyini gözləyirik.
ONN media xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.
Belə ki, Fransa Senatında 15 noyabr tarixində Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur. Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olmuş və onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin, Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir. A.Hacızdənin məsələyə münasibəti belə olub:
"Göründüyü kimi, ölkəmizə qarşı ədalətsizliyə etiraz olaraq bir qrup soydaşımız tərəfindən ictimai əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində geniş dəstək toplamışdır. Məlumata əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu təşəbbüsə öz imzaları ilə dəstək vermişlər. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Təqdirəlayiq haldır ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib. İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəyini gözləyirik"



Rəsmi Bakıdan Fransaya: Heç bir əsası yoxdur!
Fransa Azərbaycanla bağlı daha bir qətnaməni qəbul edib
XİN rəsmi məlumat yaydı
XİN: Fransanın Azərbaycana qarşı həyata keçirdiyi kampaniya cavabsız qalmayacaq
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Səfir XİN-ə çağırıldı, Fransaya NOTA VERİLDİ
Fransanın diplomatı XİN-ə çağırıldı
Azərbaycan XİN-dən SƏRT CAVAB
Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
XİN-dən Fransa ilə bağlı açıqlama
Fransanın XİN-ə rəsmi cavab
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 