ONN media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib.
Bundan başqa, 9 noyabr 2018-ci il tarixi Montereydə “Azərbaycanın Dövlət Bayrağı Günü” elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərindən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanır.
Bəyannamədə qeyd olunur ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunur.
Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr 2018-ci il tarixini Monterey şəhərində “Azərbaycanın Dövlət Bayrağı Günü” elan edir və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə dəvət edir.
[embed]https://www.youtube.com/watch?v=wqTCzA8yDfc&feature=youtu.be[/embed]



ABŞ-dan Azərbaycana böyük jest
ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan etdi
Bu gün Azərbaycanda Müstəqillik Günü
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Kaliforniyadan Azərbaycana JEST
102 yaşlı müstəqilliyimiz!
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
ABŞ-da diqqət Azərbaycanda
ABŞ-dan Azərbaycana jest
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 