ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 18 oktyabr 2018-ci il tarixini “Azərbaycanın Müstəqillik Günü” elan edib. Bununla bağlı şəhər meri Səm Likkardo (Sam Liccardo) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan ONN media-ya verilən məlumata görə, göndərilmiş bəyannamədə Azərbaycan Demokratik Respublikasının davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə, ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanır.
Sənəddə müstəqilliyin bərpasından sonra ölkəmızin öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.
Bəyannamədə həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Sonda 18 oktyabr tarixi San-Xose şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Qeyd olunmalıdır ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San-Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. “Silikon Vadisinin paytaxtı” adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-nin həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.



ABŞ küçələri Azərbaycanın Dövlət Bayrağı ilə bəzədildi
ABŞ-dan Azərbaycana böyük jest
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan etdi
ABŞ-dan Azərbaycana jest
ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
ABŞ-da Azərbaycan Milli Günü elan olundu
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
ABŞ-da diqqət Azərbaycanda
8 Noyabr ABŞ-dada Zəfər Günü kimi qeyd olunacaq
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 