Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama verib.
ONN media xəbər verir ki, birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Oxu.az-a açıqlamasında qeyd edib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub:
“İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır.
Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir”.
“Azəriqaz” sözçüsü onu da qeyd edib ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.



"Azəriqaz"dan partlayışla bağlı açıqlama
Bu evlərə qaz verilişi dayandırılıb?- Rəsmi
Xırdalandakı partlayışla bağlı rəsmi məlumat
Binada baş verən partlayışla bağlı “Azəriqaz”dan açıqlama
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Bakı metrosunda qatar qapısıaçıq şəkildə hərəkət etdi - RƏSMİ AÇIQLAMA
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Texniki baxış qaydaları ilə bağlı DƏYİŞİKLİK
Xankəndi ermənilərindən qaz pulu necə yığılacaq? - AÇIQLAMA
“Azəriqaz”dan MÜHÜM ÇAĞIRIŞ
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 