Gəncə şəhərində baş verən partlayışın səbəbləri araşdırılmadan, rəsmi mövqe açıqlanmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyini demək olmaz.
Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev dünən axşam saatlarında Gəncədə 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı məsələyə münasibət bildirərkən deyib.
E. Vəliyev diqqətə çatdırıb ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur: “Digər yerlərdə olduğu kimi sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram”.
Onun sözlərinə görə, ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər: “Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.
"Bir nəfərin ölümü ilə nəticələnən hadisədən "Azəriqaz" olaraq biz də üzüldüyümüzü ifadə edir. Mərhumun yaxınlarına başsağlığımızı çatdırır", - E. Vəliyev bildirib.
Qeyd edək ki, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.
Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.



Xırdalandakı partlayışla bağlı rəsmi məlumat
Xankəndi ermənilərindən qaz pulu necə yığılacaq? - AÇIQLAMA
Xırdalandakı partlayışın əsas səbəbi açıqlandı
"Azəriqaz"dan partlayışla bağlı açıqlama
ŞAD XƏBƏR ELAN EDİLDİ: Bu borcları hökumət ödəyəcək
Səbaildə baş verən partlayışdan YENİ XƏBƏR
“Azəriqaz”ın yeni mətbuat katibi təqdim olundu
“Azəriqaz” Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı
Azərbaycandan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
"Azəriqaz"ın rəhbəri vəzifəsindən azad edildi
“Azəriqaz”da regional idarəyə yeni rəis təyin olundu
Yasamalda qaz xəttindəki qəza ilə bağlı rəsmi - Açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 