Dünyanın ən böyük və məşhur siyasi qruplarından olan Mərkəzçi Demokrat İnternasionalı (CDI) Ermənistan hakimiyyətini uydurma işlərə son qoymağa çağırıb.
ONN media xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
Mərkəzçi Demokrat İnternasionalı Ermənistanda demokratiyanın pisləşdiyini vurğulayıb. Qeyd edilib ki, təşkilat Ermənistanda son vaxtlar demokratiyanın tənəzzülü tendensiyasını böyük narahatlıqla izləyir.
“Xüsusən, Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini (CDI-nin üzvü - red) Armen Aşotyana lazımi hüquqi xəbərdarlıq edilmədən İrəvan hava limanında qəfil səyahət qadağası qoyulmasını pisləyirik.
Ermənistan Konstitusiyası, qanunları və qaydaları kobud şəkildə pozulur.
İnsanların sərbəst hərəkət erməsi fundamental hüquqdur ki, bu da Ermənistan Konstitusiyası ilə təmin edilir və bu halda əsaslandırılmayan müstəsna hallarda məhdudlaşdırıla bilər.
Mərkəzçi Demokrat İnternasionalı Ermənistan hakimiyyətinə ölkədə azadlıq, demokratiya və qanunun aliliyi kimi fundamental hüquqların təmin edilməsində məsuliyyətlərini xatırladır.
Biz Ermənistan hökumətini siyasi motivli uydurma işlərə son qoymağa və opponentlərə qarşı hüquq-mühafizə orqanlarının səlahiyyətlərindən növbəti sui-istifadənin qarşısını almağa çağırırıq.
Fundamental hüquqlara və prinsiplərə tam riayət olunmasını təmin etmək üçün vəziyyəti diqqətlə izləyəcəyik”, - Mərkəzçi Demokrat İnternasionalının bəyanatında deyilir



İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının prezidentini qəbul etdi
Türk F-16-ları İrəvana zərbəni məşq edir? – Ermənilər şokda
Sarkisyan onlarla mühüm görüş keçirdi
Daha bir partiya ləğv edildi
Melkonyan: Ermənistan türklərin olacaq
Koronavirusa görə ləğv edilmiş seçkilər yenidən keçiriləcək - Məhkəmə QƏRAR VERDİ
Ermənilər baş götürüb Bakıya qaçacaq- Proqnoz
Almaniyada Merkel dönəmi bitdi: Nəticələr açıqlandı
Ermənistanda güclü zəlzələ: Azərbaycan da silkələndi
Ermənistan XİN-nə o rəhbərlik edəcək
NATO da Ermənistana ÇAĞIRIŞ ETDİ
Azərbaycan əsilli deputata İsveçdə böyük vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 