Nazirlər Kabineti Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqləyib.
ONN media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlıqərar imzalayıb
Qərara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib.
Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Qoruğa ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.



Ermənilər 1500 hektaradək Tuqay meşələrini məhv edib - ETSN
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Baş nazirdən “Yanar dağ” Qoruğunu ilə bağlı QƏRAR
Baş nazir yeni QƏRAR İMZALDI
Əli Əsədov qərar imzaladı
Prezident sərəncam imzaladı
Jurnalistlərin Zəngilana səfəri başladı
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı - QƏRAR
Əli Əsədov qərar imzaladı
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? - SƏBƏB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 