Xocavənd rayonunun Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən turistik məqsədlə istifadə olunub. ONN media xəbər verir ki, bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. O bildirib ki, bu qədim ağacın diametri 450 santimetr, hündürlüyü isə 40 metrdir: "Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarın kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki, hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu, onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta 2000 ilə yaxın yaşı olan təbiət abidələrini - ağacları məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan belə tarixi ağacların isə yalnız pöhrələri qalıb. Burada məqsəd mənfur düşmənin həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər".
Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? - SƏBƏB



Nazirlik: İşğaldan azad olunmuş ərazilərdə minillik qədim ağaclar MƏHV EDİLİB
Ermənilər 1500 hektaradək Tuqay meşələrini məhv edib - ETSN
Xocavənd rayonunun işğalından 27 il ötür
Əli Əsədov qərar imzaladı
Zaqatala rayon MKS-də tədbir
Xocavəndsiz 26 il
Prezident sərəncam imzaladı
Rumıniyada qeyri-adi təbiət hadisəsi
Baş nazirdən “Yanar dağ” Qoruğunu ilə bağlı QƏRAR
Güneydə daha bir göl qurudu
26 il Qubadlısız
Milli parklarda piknik üçün yerlər ayrıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 