“Zəngilan rayonunda iki xüsusi mühafizə olunan ərazi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır”. ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. Arzu Səmədova qeyd edib ki, Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır: “Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura Şərq Çinarlarının təbii halda bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalanı isə qarışıq meşəlikdir”. O bildirib ki, qoruğun vadisində Bəsitçay axır: “Çay öz mənsəbini Zəngəzur silsiləsindən alır və 15 kilometr uzunluqda qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib”. Arazboyu Dövlət Təbiət yasaqlığı isə 2200 kvadratmetr ərazini əhatə edir: “Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur”.
Ermənilər 1500 hektaradək Tuqay meşələrini məhv edib - ETSN



Əli Əsədov qərar imzaladı
Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanıldı
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Milli parklarda “açıq qapı” günü keçiriləcək
Prezidentin tənqidindən sonra “Yanardağ” - FOTOLAR
Jurnalistlərin Zəngilana səfəri başladı
Qarabağda yeni Milli Park yaradılır
Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? - SƏBƏB
Azad edilən ərazilərdə Bəsitçay qoruğunun bərpasına başlanıldı
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Nazirlik yanğın təhlükəsi ilə bağlı MƏLUMAT YAYDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 