Son günlər Naxçıvandan gələn xəbərlər, habelə DTX tərəfindən aparılan əməliyyatlar və həbslər gözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova yönəldib.
ONN media verir ki, 16 dekabr 1995-ci ildən Muxtar Respublikaya sədrlik edən V. Talıbovun ötən gün istefa ərizəsini yazması barədə mediada xəbərlər yayıldı.
Maraqlıdır, əgər V. Talıbov, istefa etsə, onun səlahiyyətlərini kim icra edəcək?
Apardığımız qısa araşdırma nəticəsində məlum ki, 29 dekabr 1998-ci ildə qəbul olunan Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.
Qeyd edək ki, hazırda V. Talıbovun birinci müavini AM üzvü Azər Yadulla oğlu Zeynalovdur. Yeri gəlmişkən, onun Naxçıvanda “boz kardinal” adlandırılması haqda internet mediada xəbərlər mövcuddur.
31-ci maddədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılmasından söz açılır. Belə ki, müvafiq maddəyə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Xatırladaq ki, Ali Məclisə seçkilər hər 5 ildən bir keçirilir. Ordubad, Kəngərli, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur rayonları ilə yanaşı Naxçıvan şəhəri də daxil olmaqla 45 deputat Muxtar Respublika Ali Məclisində təmsil olunur// yenisabah.az



Naxçıvana yeni baş nazir təyin olundu
Vasif Talıbovun istefa səbəbi açıqlandı
Naxçıvan Ali Məclisinə sədr seçildi
Vasif Talıbovdan YENİ TƏYİNAT
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Vasif Talıbov Zakari Qrosla görüşdü
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Talıbovdan daha bir TƏYİNAT
Vasif Talıbov generalı işdən çıxardı
Vasif Talıbovdan yeni təyinat
Naxçıvanla bağlı mühüm fərman imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 