ABŞ-ın “Qulf” Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasikin müsahibəsi:
- Ermənistana hər zaman silahları Rusiya verib. Bu baxımdan İranın son aylar Ermənistana raketlər hədiyyə etməsini Rusiyanın təsiri altında olan ölkəyə və silah bazarına müdaxilə saymaq mümkündürmü?
- Məncə, Ermənistana silahların çatdırılması silah bazarı dinamikasının təbii gedişatıdır. Kreml bu cür hadisələri hazırda müdaxilə kimi görmür, əksinə, Türkiyə və Azərbaycan tandeminə qarşı müvəqqəti ehtiyat planı kimi nəzərdən keçirir. Hazırda bölgədəki dinamika, hadisələrin dəyişməsi yüksək həddədir və region ciddi informasiya müharibəsinə məruz qalır, ona görə də siyasi analitiklərin hər biri diqqətli davranmalı və təməl ünsürləri daha yaxşı bilməlidir.
- Başqa bir iddia da var ki, İran bu raketləri Ermənistan vasitəsilə Rusiyaya göndərir. Ermənistan İran və Rusiya üçün keçid yolu ola bilərmi? Bu halda Rusiya İran raketlərini Ukraynaya qarşı istifadə edəcək. Qərb bu məsələyə nəzarət etmək üçün nəsə edirmi? Bu iddia reallaşarsa, İran yeni sanksiyalarla üzləşə bilərmi? Bəs Ermənistan necə, bu sanksiyalardan pay alacaqmı?
- Raketlərin göndərilməsi və onlardan istifadə edilməsi üç fərqli hərəkətdir. Belə bir arqument irəli sürmək olar: əvvəla, raketlərin Rusiyaya ötürülməsi məsələsi. Bu fəaliyyətin real sübutu olmalıdır.
Digər məsələ isə İrandan alınan başqa raketlərin (İranın Ermənistana hədiyyə etdiyi deyil, Rusiyanın İrandan almaq istədiyi haqda məlumatlar gəzən uzaqmənzilli raketlərdən söhbət gedir – red.) birbaşa Ermənistandan buraxılmasıdır. Rusiya həmişə öz raketlərinin bir hissəsini Xəzər dənizindən buraxır, Ukraynanın istifadə etdiyi dronlar isə artıq bu raketləri vura bilir. Mümkündür ki, Moskva raketlərin buraxılma mərkəzlərini yenidən təyin etməli olsun.
Buna baxmayaraq, Ermənistandan (xüsusilə, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından – red.) raket atmaq çox mürəkkəb məsələ olardı və hazırda qətiyyən məqsədəuyğun deyil, çünki bu, Ermənistanı Qərbin cavab tədbirləri üçün açmaq deməkdir.axar.az



İran səfirliyindən Ermənistana silah daşınması ilə bağlı AÇIQLAMA
İran ərazisindən Ermənistana silah daşıyan TIR-lar YANDIRILDI
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir
İrandan Ermənistana daha bir jest
Ermənistan və İran arasında yeni saziş imzalandı
ŞOK İDDİA- Bu yolla Ermənistana PUA daşınır
İrandan Ermənistana XƏBƏRDARLIQ
İranla müharibə artıq başlayıb- Baş məsləhətçi
İran Rusiyaya raket kompleksi bağışlayıb - KİV
Ermənistana 50 ton silah göndərildi - SƏFİRLİK
Gürcüstan Ermənistana silah daşıyan Rusiya təyyarəsini geri qaytardı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 