Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu yenidən MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri seçilib.
ONN media xəbər verir ki, bu barədə Polad Bülbüloğlu Daşkənddə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumunun bağlanış mərasimində bildirib. O deyib: "Bu gün mən daha iki il müddətinə yenidən DHƏF İdarə Heyətinin sədri seçildim. Göstərilən etimad və dəstəyə görə həmkarlarıma minnətdarlığımı bildirirəm. Ümidlərinizi doğrultmağa çalışacağam”.
Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və DHƏF İdarə Heyətinin birgə iclası keçirilib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı il mayın 25-də Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış saziş əsasında fəaliyyət göstərir. DHƏF-in ali orqanı - İdarə Heyətidir, onun üzvləri fondun iştirakçısı olan dövlətlərin səlahiyyətli nümayəndələridir.
Qeyd edək ki, 2010-cu ildən Fondun sədri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.



Polad Bülbüloğlu yenidən sədr seçildi
Xalq artistimiz MDB-nin əsas mükafatına layiq görüldü
Polad Bülbüloğlu “İlin səfiri” seçildi
Japarov Bülbüloğlunu "Dostluq" ordeni ilə TƏLTİF ETDİ
Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI
Polad Bülbüloğlu mükafatlandırıldı - SƏRƏNCAM
Prezident MDB dövlətləri ilə bağlı sazişi təsdiqlədi
MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni tərkibi elan edildi
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
Polad Bülbüloğlu Rusiyada mükafat aldı
Əflatun Amaşov növbəti dəfə Mətbuat Şurasının sədri seçildi
Nazarbayev Bülbüloğluna məktub ünvanladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 