Azərbaycanın xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov “Birlik ulduzları” mükafatı laureatı olub.
ONN media xəbər verir ki, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilmiş “Birlik Ulduzları” mükafatı humanitar sahədə əldə edilən ən yüksək nailiyyətlərə görə MDB-nin əsas mükafatıdır. Bu il 9 ölkənin nümayəndəsi bu mükafata layiq görülüb. Onların arasında Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti, opera müğənnisi Elçin Əzizov, şair Oljas Süleymenov, MDBMİ-nin rektoru Anatoli Torkunov və başqaları var.
“Birlik Ulduzları” və “Debütlər Birliyi” mükafatları laureatlarına mükafatların təqdimetmə mərasimi dekabrın 21-də Moskvada keçiriləcək.
DHƏF və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilən “Debütlər Birliyi” gənclər mükafatı bu il Böyük Vətən müharibəsində qələbənin xatirəsinin yaşadılmasına yönəlmiş fəaliyyətə görə verilib.
Mükafatlar qarışıq formatda təqdim olunacaq. Birlik ölkələrindən olan laureatlar mərasimdə onlayn iştirak edəcəklər. Onların şərəfinə səhnədə Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB-nin Gənclər Simfonik Orkestri çıxış edəcək.
Mərasimdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və DHƏF-nin icraçı direktoru Anatoli İksanov iştirak edəcəklər.



Moskvanın Böyük Teatrında azərbaycanlıların iştirakı ilə opera oynanılacaq
Nərgiz Paşayeva mükafatlandırıldı
Polad Bülbüloğlu Rusiyada mükafat aldı
Polad Bülbüloğlu yenidən sədr seçildi
Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Japarov Bülbüloğlunu "Dostluq" ordeni ilə TƏLTİF ETDİ
Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi
22 iyun Bülbülün doğulduğu gündür
22 İYUN BÜLBÜLÜN DOĞULDUĞU GÜNDÜR
22 iyun Bülbülün doğulduğu gündür
Ramiz Novruzla bağlı vida mərasimi keçirilir
26 sentyabr Məmmədov Murtuzanın vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 