Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” ictimai mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülüb. İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər. Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. Səfir vurğulayıb ki, xalqlarımız bir ölkədə yaşayıb, birlikdə faşizmə qalib gəliblər: "Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün dəyərlidir". Qeyd edək ki, “Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükafata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq Artisti Vasili Lanovoy, Özbəkistanın xalq artisti, “Yalla” ansamblının rəhbəri Fərrux Zakirov və başqaları da var.
Polad Bülbüloğlu Rusiyada mükafat aldı



Polad Bülbüloğlu “İlin səfiri” seçildi
Xalq artistimiz MDB-nin əsas mükafatına layiq görüldü
Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI
Polad Bülbüloğlu mükafatlandırıldı - SƏRƏNCAM
Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak edib
Polad Bülbüloğlu yenidən sədr seçildi
Japarov Bülbüloğlunu "Dostluq" ordeni ilə TƏLTİF ETDİ
Nazarbayev Bülbüloğluna məktub ünvanladı
Putin Polad Bülbüloğlunu təbrik etdi
Maqomedali Maqomedova “Dostluq” ordeni, Murad Kajlayeva fəxri diplom təqdim edildi
Mehriban Əliyeva Rusiyaya getdi
Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 