Sülhməramlılar Xankəndi yolunda keçirilən aksiya ərazisinə səsgücləndiricilər gətirib. Artıq dörd gündür davam edən aksiyaya müdaxilə edə bilmirlər, istənilən müdaxilə də hadisələrin ruslar üçün arzuolunmaz məcrada inkişafına gətirib çıxara bilər.
O zaman sual yaranır: səsgücləndiricilər nəyə lazımdır?
Birincisi, çağırışların edilməsi daha çox “nəsə” etməyə, “fəaliyyət” nümayiş etdirməyə hesablana bilər: ermənilər sülhməramlılardan “hərəkətə keçməyi” tələb edir və fəaliyyətsiz dayanmaq rusların “təhlükəsizliyin təminatçısı” imicina uyğun gəlmir; Ermənistanın Qarabağa “beynəlxalq missiyanın” gətirilməsi məsələsini gündəmə gətirməsi fonunda da ruslar öz mövcudluqlarını nümayiş etdirməlidirlər;
İkincisi və əsas gözlənti aksiyaya qarşı təxribatın planlaşdırıldığıdır:
Rusların müdaxilə etməməsi həm də “əsas”ın olmamasından qaynaqlanır. Belə bir “əsas” ermənilərin aksiyaya müdaxilə etməsi və qarşıdurmanın baş verməsi zamanı yarana bilər. Və sülhməramlılar “azərbaycanlıların aksiyasına yox, azərbaycanlılarla ermənilərin etnik toqquşmasına müdaxilə edəcəklər”.
Qarabağdakı separatçı-terrorçu rejim tərəfindən aksiyaya qarşı təxribat törədəcək qrupların hazırlandığına dair məlumatlar var. Onlar sülhməramlıların müdaxilə etməsini gözləyir, bu baş verməsə, təxribatçı qruplarla aksiya ərazisinə gəlməyi planlaşdırırlar və şübhə yoxdur ki, bu planı hazırlayan da elə Volkovun özüdür.
Səsgücləndiricilərin gətirilməsi böyük ehtimalla bu təxribata hazırlığın bir hissəsidir



Sabah Laçın yolunda nələr baş verəcək?
Sülhməramlılar postdan niyə geri çəkildi?
Yeni könüllü qrupu aksiyaya qoşulub
Bakı Rusların əli ilə Laçın dəhlizində nəyə nail oldu?
Aksiya ilə bağlı son durum necədir?
Ruslar Xankəndindən niyə qaçır?
İrəvanda aksiya elan edildi
Azərbaycanlılar daha bir şəhərdə aksiya keçirdi
Azərbaycanın İrandakı səfirliyinin qarşısında aksiya keçirildi
Sülhməramlılar aksiyanı dağıtmağa çalışır?
"Diaspora aksiyaya dəstək verməlidir"- ÖZƏL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 