Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların sayı artır.
ONN media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Bu hal texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə də şamil olunacaq.
Başqa sözlə, qanun layihəsinə əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.



Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Ticarət festivalları dövründə ƏDV geri qaytarılmayacaq
İlham Əliyev sərəncam imzaladı
Siqaretin aksiz vergiləri artırılır
Miqrasiya xidməti bu şəxslərlə bağlı məlumat yaydı
Milli Məclis bu qanunları təsdiqlədi
Bu rüsumlar artırılır - Siyahı
Müalicə xərcləri ilə bağlı yeni güzəştlər müəyyənləşir
Fiziki şəxslər üçün YENİ QAYDA - Xaricdəki hesablara...
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 