"Ermənistan və Azərbaycan ətrafındakı vəziyyətlə bağlı davam edən diplomatik səylər irəliləyiş üçün ümid işığı yaradır".
ONN media xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.
O əlavə edib ki, BMT baş katibinin köməkçisi Miroslav Yença ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bu barədə deyib:
“Ötən gün BMT baş katibinin köməkçisi Miroslav Yença üzv dövlətlərə Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, sentyabrın ortalarında iki ölkə arasında yenidən alovlanan gərginlikdən sonra davam edən diplomatik səylər irəliləyiş üçün ümid işığı yaradır”.
Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub. BMT baş katibinin köməkçisi Miroslav Yença iclasındakı çıxışında Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə münasibət bildirib



Blinkenin köməkçisi Azərbaycana gəldi
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
ABŞ-dan Bakı və İrəvanla bağlı növbəti açıqlama budur
Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Zakir Həsənov BMT Baş katibinin köməkçisi ilə görüşüb
NATO-dan Azərbaycan- Ermənistan açıqlaması
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Ağ Evdən Türkiyə-Ermənistan açıqlaması
Ceyhun Bayramov ABŞ rəsmisi ilə son vəziyyəti müzakirə etdi
Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edəcək?
Türkiyə TŞ toplandı: Ermənistan müzakirə olundu
BMT Türkiyəyə təşəkkür edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 