Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb. Bu barədə ONN media -ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu



Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşdü
Ceyhun Bayramov Filip Rikerlə Qarabağ bəyanatını MÜZAKİRƏ ETDİ
Məmmədyarov Klaarla danışdı - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Azərbaycan və Ermənistanın XİN başçıları nəvaxt görüşəcək?
Məmmədyarov ATƏT-in Baş katibini Bakıya dəvət etdi
Nazir Buriçə Qarabağla bağlı aparılan prosesdən danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 