Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.2022-ci il Azərbaycanda Şuşa ili elan edilib.
Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.



Prezidentdən Şuşa ilə bağlı mühüm sərəncam
Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzaladı
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
"TÜRKSOY"un bu iclası Şuşada keçiriləcək
Şuşa İslam dünyasının paytaxtı olacaq
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Şuşa və Ərzurum şəhərləri qardaşlaşdı
Bu tarixdən Şuşaya turist səfərləri təşkil ediləcək - Nazir
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 