Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
ONN media xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Bu müqəddəs məkana gələn insanların simasında kədərlə yanaşı, qürur hissləri görünür. Çünki 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi nümayişləri, vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.
Faciəvi hadisələrin səhəri günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımıza qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlillərinə və şəhid ailələrinə mənzillər, minik avtomobilləri verilib. Bu il 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği də artırılıb.
Axıdılan şəhid qanları hədər getmədi. Xalqımız müstəqilliyə qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.
Şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın bölgələrində və xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də ehtiramla anılır.



Azərbaycanda bir dəqiqəlik sükut oldu
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi
Lənkəranda şəhidlərin xatirəsi anılıb
20 Yanvar faciəsindən 31 il ötür
İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi
Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət etdi (YENİLƏNDİ)
İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
Şəhidlər xiyabanı ziyarətə hazırdır - VİDEO
Elçin Quliyev Şəhidlər Xiyabanını ziyarət edib
Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 