Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-niİ mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.
Bildirilib ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, - qeyd olunub.
Missiyanın müddətinin iki il olacağı vurğulanıb: "EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək".
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır”.
Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı.



Aİ səfiri Azərbaycan XİN-ə çağırıldı
Şarl Mişellə Nikol Paşinyan Brüsseldə görüşdülər
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Şarl Mişel İlham Əliyevə ZƏNG ETDİ
ŞAD XƏBƏR- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı
Prezident AÇIQLADI: "Ermənistanın təxribatlarına adekvat cavab verilir"
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
Azərbaycan XİN rəsmi məlumat yaydı
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi
XİN məlumat yaydı
XİN Şarl Mişelin bəyanatına münasibət bildirdi
Avropa Şurasının sədri Ermənistana getdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 