Üç ölkədə 300-ə yaxın insan qüsurlu öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.
ONN media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib.
"Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol (EG) ilə çirklənməsi təsdiqlənmiş və ya şübhəli bilinən uşaqlar üçün reseptsiz öskürək siroplarının satışının bir neçə halı barədə məlumat veriblər", - ÜST-dən bildirilib.
Qeyd olunub ki, bu maddələr sənayedə həlledici və antifriz kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir və az miqdarda olsa belə, insanlar üçün ölümcül ola bilər.
ÜST səhiyyə təchizatı zəncirində iştirak edən əsas maraqlı tərəfləri dərhal və əlaqələndirilmiş tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, dekabrın 27-də Özbəkistanda Doc-1 Max dərmanı qəbul edən 18 uşaq ölüb. Xəstəxanaya yerləşdirilməzdən əvvəl vəfat edən uşaqlar bu dərmanı evdə iki-yeddi gün ərzində gündə 3-4 dəfə qəbul ediblər ki, bu da uşaqlar üçün dərmanın standart dozasını üstələyib. Valideynlər dərmanı həkim resepti olmadan uşaqlarına veriblər.



Xəbərdarlıq- Uşaqlara bu dərmanı verməyin
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Daha bir ölkədə meymun çiçəyi aşkarlandı
ÜST-dən yeni COVID-19 dərmanı haqqında açıqlama
SON DƏQİQƏ: Meymunçiçəyi pandemiya elan olundu
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
ÜST təcili istifadə üçün zəruri sayılan peyvəndin adını ELAN ETDİ
Həkimdən HƏYƏCAN TƏBİLİ: “Uşaqda öskürək dörd həftədən çox davam edərsə, mütləq yoxlanmalıdır”
Rusiya koronavirusun daha bir dərmanını tapdı
Koronavirus uşaqlar üçün nə dərəcədə təhlükəlidir? - Alimlər açıqladı
Koronavirusun 9 yeni simptomu
SOS - 2 milyarda yaxın uşaq təhlükədədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 