Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn satışa çıxarılan mənzilləri bron etmiş şəxslərə müraciət edib.
Nazirlikdən ONN media-ya verilən məlumata görə, yanvarın 23-də saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışı başlanan mənzillərdən artıq böyük hissəsi bron edilib.
Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki:
- bron etdikləri vaxtdan 10 gün ərzində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək;
- portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq;
- alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək;
- bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.
Xatırladaq ki, satışa çıxarılan mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir. Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək



ƏƏSMN-in satışa çıxardığı mənzillərdən 200-ə yaxını satıldı
Bu evlərə sahib olmaq istəyənlərin NƏZƏRİNƏ
Güzəştli mənzillərin seçimi ilə bağlı YENİ XƏBƏR
Daha 503 güzəştli mənzil satıldı
AZAL-dan maraqlı addım- Baqajsız bilet satır
"Sea Breeze"də 360 mənzili bir adama satmışam - Emin
Nazirlik 52 imtiyazlı şəxslə bağlı MƏLUMAT YAYDI
Bu şəxslər 102-yə ZƏNG ETDİ! - DİN
Birdəfəlik ödəmə almaq istəyənlərin DİQQƏTİNƏ
Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ- Qaydalar dəyişdi
Turistlərə bu yerlərə getmək qadağan olundu - NİYƏ?
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 