Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin seçimi uğurla başa çatdırılıb.
ONN media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 144 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 906 nəfərdir. Bugünkü satış zamanı 144 mənzilin seçimində iştirak edənlərin sayı 1 131 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 144 mənzilin 97-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə avqustun 20-si saat 11:00-da başlayacaq və avqustun 24-dək saat 11:00-dək davam edəcəkdir.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.
Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.



Güzəştli evlərlə bağlı son nəticə
Daha 503 güzəştli mənzil satıldı
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Sentyabrın 10-dan-19-dək... — Müddət AÇIQLANDI
Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
Daha 503 güzəştli mənzil satışa çıxarılır
"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ
SON DƏQİQƏ: MİDA nəticələri ilə bağlı həbs edilənlər var
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
Güzəştli mənzil satışı tamamlandı
Evsizlərə ŞAD XƏBƏR: Aylıq ödənişi 138 manatdan başlayan mənzillər satışa çıxarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 