Səfirliyə terror hücumunu Azərbaycan özü araşdırmalı, lazım gələrsə, beynəlxalq mütəxəssisləri də dəvət eləməlidir. Çünki İran adlanan ölkədə rejimin məqsədli şəkildə törətdiyi cinayətin üstünün açıldığını hələ görən olmayıb.
Bu sözləri ONN media-ya Güney azərbaycanlı fəal Eldar Güney deyib.
“Hücumu təşkil edən şəxsin guya psixoloji problemi var və maddi imkanı aşağıdır. Sual olunur ki, maddi təminatı aşağı olan şəxs “Kalaşnikov“ markalı avtomatı haradan alıb? Bu silah yalnız və yalnız SEPAH-ın əlindədir. Adamın maddi gəlirləri yüksək deyildisə, bu silahı da əldə edə bilməzdi. Rejimimin 44 illik hakimiyyəti dövründə hələ heç kim dövlətin icazəsi olmadan səfirliyə hücum etməyib. Bu azmış kimi, hələ terrorçunu tutandan sonra kamera qarşısına çıxardıb, müsahibə alırlar. Dünyanın heç bir yerində belə bir şey görünməyib. Terror təşkil edən adamı polisə apararlar, sorğu-sual edərlər. Sonra məhkəmədə söz verərlər ki, danışsın. Niyə kamera qarşısına keçirdib, müsahibə alınmalıdır? Özü də Şimali Azərbaycana qarşı xoşniyyətli olmayan “Səhər” kanalında... Bu kanalı məxsusi olaraq Quzey üçün yaradıblar. İranda və Güney Azərbaycanda yayımlanmır. Kanal hücum baş verəndən dərhal sonra hadisə yerində hazır olur. Nə sirdirsə, digər media orqanlarının xəbəri olmur, ancaq “Səhər” kanalı məlumatlı olur. Müsahibə zamanı da hər kəs görür ki, adamın heç bir psixoloji problemi yoxdur. Sadəcə, planlı şəkildə həyata keçirilən terror idi”



Hüquqşünas: “İran qanunvericiliyi Azərbaycan səfirliyinə hücum edənə ölüm cəzasını nəzərdə tutur”
Səfirliyə hücum edən şəxsin kimliyi bəlli oldu
Yusuf Güney saxlanıldı
Şahid səfirliyə hücumla bağlı nələri açıqladı?
Bakıda hansı səfirliyə hücuma cəhd edilib?
Bu hücum üçün Xameneinin razılığı alınıb?- ŞOK İDDİA
Tehrandan səfirliyimizə hücumla bağlı gülünc açıqlama
Səfirliyə hücum edən şəxsi nə cəza gözləyir?
Azərbaycan İrandakı səfirliyini bərpa edə bilər?
Səfirliyə hücum edən şəxsin aqibəti açıqlandı
Səfirliyə hücumla bağlı aksiya keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 