İranın Qırmızı Aypara Cəmiyyəti Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.
ONN media xəbər verir ki, bu barədə Report-a Türkiyənin Qırmızı Aypara Cəmiyyətindən bildirilib.
Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.
"Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir" - məlumatda vurğulanıb.
Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.
Zəlzələdən zərərçəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.



İranda güclü zəlzələ- 25 yaralı
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda Ramazan yardımı paylayır
Güneydə zəlzələ zamanı 600-dən çox yaralanan olub- YENİLƏNİB
Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
İranda güclü partlayış oldu- ÖLƏNLƏR VAR
Qızıl Aypara Cəmiyyəti zəlzələ bölgəsində
İranda zəlzələ oldu- Ölənlər var
İran zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım ayırdı
Qərbi Azərbaycanda zəlzələ olub- Çox sayda yaralı var
İşıq və telefon kəsildi - NƏ BAŞ VERİR?
Azərbaycanda faciə: 80 kənd, 500 ev dağıldı, 380 yaralı - Foto
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 