Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Ramazan yardımları çərçivəsində Azərbaycanda 4 minə yaxın ailəyə çatdıracağı yardım bağlamalarını paylamağa başlayıb.
ONN media xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyətinin hazırladığı ərzaq bağlamaları Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi mərasimdən sonra Bakıdan yük maşınlarına yüklənərək müxtəlif rayonlarda yaşayan şəhid ailələrinə və ehtiyac sahiblərinə göndərilib.
Bağlamalar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin də töhfəsi ilə ehtiyac sahiblərinə çatdırılacaq.
Türk Qırmızı Aypara Cəmiyyətinin Qafqaz Regional Qrupunun rəhbəri Semih Paslı bildirib ki, bağlamaları bölgələrdə qapı-qapı gəzərək çatdırmağı planlaşdırırlar.
Ərzaq bağlamalarının çox zəngin olduğunu deyən S.Paslı onları 4 minə yaxın adama çatdırmağı hədəflədiklərini qeyd edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türk Qırmızı Aypara Cəmiyyəti ilə “bir millət, iki dövlət” prinsipi ilə əməkdaşlıq etdiklərini bildirib.
Türk Qırmızı Aypara Cəmiyyətinin Azərbaycanda bir çox fəaliyyətlər həyata keçirdiyini xatırladan Mirzəyev daha sonra deyib: “Azad olunmuş rayonlarda da silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmin bölgələrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Türk Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə) filiallarının bərpa olunması gündəmdədir”.



Qarabağda AzQAC-ın ofisləri açılacaq
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi məlum oldu
Rusiyanın yardım maşını Ağdama qayıtdı
Yardım maşınımız 21 gündür yolda gözləyir
Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Qızıl Aypara Cəmiyyəti zəlzələ bölgəsində
Tehran Ankaranın bu təklifini qəbul etmədi
AzQAC seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Qızıl Aypara Cəmiyyətinə Türkiyə üçün nə qədər pul toplanıb?
Qarabağdakı ermənilərə baş çəkildi
İlham Əliyev SƏRƏNCAM İMZALADI
TİKA cəbhəyə tibbi yardım göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 