Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.
Rusiyalılar Ermənistan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Monqolustan daxil olmaq üzrə 5 illik rekordu qırıblar. 2022-ci ildə rusiyalılar bu ölkələrə 8,4 milyon dəfə səfər ediblər ki, bu da 2021-ci illə müqayisədə 4,7 milyon nəfər çoxdur.
Ölkədən çıxanların böyük payı Rusiyada səfərbərlik elan edilən 2022-ci ilin üçüncü rübünə düşüb. İyul-sentyabr aylarında Rusiya ilə qonşu ölkələrə 3,5 milyon, oktyabr-dekabr aylarında isə daha 2,1 milyon insan gedib.
Monqolustana gediş il ərzində 989%, Gürcüstana – 475%, Qazaxıstana – 234%, Tacikistana – 212%, Özbəkistana – 99% artıb. Bildirilib ki, 2022-ci ildə ondan qabaqkı illə müqayisədə Azərbaycana keçən rusiyalıların sayında 86% artım müşahidə edilib.
Bundan əlavə, 2022-ci ildə rusiyalıların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib. Rusiyalıların Tailand, Şri-Lanka, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedənlərin sayı da artıb.
FTB statistikasını da təhlil edən "Mediazona"nın məlumatına görə, 2022-ci ildə Rusiyanı koronavirus məhdudiyyətlərinin hələ də qüvvədə olduğu 2021-ci ilə nisbətən daha çox Rusiya vətəndaşı tərk edib, lakin müharibə və kovidsiz normal bir ildəkindən təxminən iki dəfə azdır.
Eyni zamanda, qeyd olunub ki, bu artım milyonlarla vətəndaşın ölkəni tərk etməsi anlamına gəlmir. Gedənlərin bir qismi qayıdır. Bəziləri sərhədi bir neçə dəfə keçə bilər. Buna baxmayaraq, demoqraflar Yuliya Florinskaya və Aleksey Rakşa ötənilki mühacirət dalğasını 400-800 min nəfər kimi qiymətləndiriblər. Onlardan 100 mindən çoxu Gürcüstanda qalıb. Azı 100 mindən çoxu Qazaxıstandadır. 50-100 min Serbiyaya uçub. 40 minə yaxın Ermənistana. Təxminən 35 mini İsrail, Qırğızıstan, Avropa İttifaqına üz tutub



Azərbaycan vətəndaşları daha çox hansı ölkələrə səfər edib?
ABŞ Bakıya 509, İrəvana isə 2 minlik hərbi məhsul göndərdi
“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı açıqlandı
Azərbaycanlılar xarici səfər üçün ən çox hansı ölkəni seçirlər?
Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
Azərbaycana turist axını iki dəfədən çox artdı
Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlandı
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 