Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir. Dövlət Turizm Agentliyindən ONN media -ya verilən məlumata görə, qonaqların üçdə birindən çoxunu, 35%-ni Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib. İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, bu ölkədən ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox turist gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib. Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb. Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur. Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub. Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.
Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu



Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Azərbaycana turist axını iki dəfədən çox artdı
Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları neçə faiz artıb?
Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı
Azərbaycana turist axını artdı
Bu il Azərbaycana nə qədər turist gəlib?
Bu ölkədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artdı
Azərbaycandan Türkiyəyə gedənlərin SAYI AÇIQLANDI
Yanvarda Azərbaycana nə qədər turist gəlib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 