Son illər ölkəmizdə tikilən çoxbərtəbəli binalar dövrün tələblərinə tam cavab verir. Hətta 8-9 ballıq zəlzələyə belə davamlıdır''.
ONN media xəbər verir ki, bu sözləri Xəzər TV-yə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseyinli deyib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı sakinləri arasında narahatlıq yaranıb. Ancaq bu narahatlığa heç bir lüzum yoxdur.
Bəs son illərdə həm yeni, həm də köhnə binaların vəziyyəti yoxlanırmı?
Təyyar Hüseynli deyir ki, mütəmadi olaraq monitorinqlər aparılır. Hətta bir neçə il əvvəl istismar aktı verilmiş binalarda da təkrar yoxlama aparmaq mümkündür. Dayaqlarında hər hansı bir nöqsan aşkar edilən və ya qəzalı vəziyyətə düşən binaların siyahısı hazırlanıb rayon icra hakimiyyətləri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Bəs yeni inşa edilən binaların zəlzələyə davamlılığı necə yoxlanır?
Bildirilib ki, bina tikintisində keyfiyyətli materiallardan istifadə olunması da çox önəmlidir. Bina tikilməzdən əvvəl orda istifadə edilən beton və armaturlardan nümunələr götürülərək laboratoriyada yoxlanır. Müsbət rəy verildikdən sonra tikintiyə icazə verilir.
Tikinti norma və qaydalarındakı tələblərdən biri də binada hər bir mənzilə gün ərzində 2 saat günəş işığının düşməsidir. Ötən il Bakıda səkkizmərtəbəli binanın 21 mənzilinə günəş işığı düşmədiyindən o layihə geri qaytarılıb və tikintiyə icazə verilməyib.



Bakıda çoxmərtəbəli binalar zəlzələyə davamlıdır?
Köhnə binalar nə vaxt söküləcək?
Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilər
Azərbaycanda hündür mərtəbəli binaların tikintisi dayandırılır
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Xırdalan və Qobuda qanunsuz tikililər söküldü
31 min 351 mənzilin istismarına icazə verildi
Eldar Əzizov Bakıda qəzalı binaların taleyi barədə açıqlama verib
Azərbaycandakı binalar zəlzələyə davamlıdırmı?- SƏMİMİ CAVAB
Bakıda qanunsuz aparılan tikinti işləri dayandırıldı
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Bakı və Abşeronda qanunsuz tikililər söküldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 