Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur. ONN media bildirir ki, torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var. Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar. İlaxır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən. Axır çərşənbə gecəsi ürəkdə niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir. Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
Bu gün ilaxır - Torpaq çərşənbəsidir



Bu gün ilaxır - Torpaq çərşənbəsidir
Bu gün İlaxır Çərşənbədir
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir
Bu gün Azərbaycanda Su çərşənbəsidir
Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur
Bu gün od çərşənbəsidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda od çərşənbəsidir
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Bu gün Od çərşənbəsidir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 