Hatayın tarixi şəhəri olan Belendə zəlzələdən sonra çoxəsrlik tikililərə heç bir ziyan dəyməməsi diqqətdən qaçmayıb.
Nəticədə vətəndaşlar qayalıq zəmində inşa edilən şəhərdə daşınmaz əmlak axtarışına çıxıblar.
Kahramanmaraşda baş verən zəlzələlər Hatayın bir çox rayonunda dağıntılara səbəb olsa da, torpaqlarının 85%-i dağlardan ibarət olan Belen şəhərinə təsir etməyib. Şəhərdə 3 məhəllənin olduğu ən qədim yaşayış məntəqəsindəki tikililər zəlzələdən sağ çıxıb.
Bir əsrdən çox yaşı olan tikililərin böyük zəlzələlər nəticəsində xəsarət almaması diqqət cəlb edib. Üç məhəllədə heç bir dağıntının baş verməməsi onun qayalıq ərazidə salınması ilə əlaqələndirilir.
Amanos dağlarında qurulan şəhər zəlzələlərdən sonra insanların köç etdiyi ilk dayanacaq olub. Şəhərin təhlükəsiz olduğu qənaətinə gələn vətəndaşlar Belendə məskunlaşmağa başlayıblar.
İskenderundakı evini tərk edərək Belendəki bağ evinə köçən sakinlərdən biri buranın Hatay bölgəsində ən etibarlı yer olduğunu deyib.
"Qayaların üstündə olduğu üçün heç bir problemimiz yoxdur. Zəlzələləri də çox hiss etmirik. Buradakı evlərin heç biri xəsarət almayıb. Çoxu 60-70 illik evlərdir, heç bir cızıq belə yoxdur. Təhlükəsiz yatırıq”, - deyə o qeyd edib.



AFAD xəbərdarlıq etdi- Sahildən uzaq durun
Zəlzələnin viran qoyduğu Kahramanmaraş və Malatyada bərpa işləri yekunlaşır
Türkiyədə güclü zəlzələ olub- ÖLƏNLƏRİN SAYI ARTDI
Azərbaycanda zəlzələ ocaqları aktivləşib?
İlham Əliyevə Şuşanın baş planı təqdim edildi
Türkiyədə zəlzələ ilə bağlı əməliyyat başladı
İstanbuldan köç REKORD HƏDDƏ ÇATDI
Yaponiyada yenidən güclü zəlzələ oldu
Biz xalq üçün yaşayırıq- İlham Əliyev
Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
Türkiyədə dəhşətli qəza: Çox sayda ölən var
Türkiyə daha bir təhlükənin astanasında
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 