Son günlər bəzi abonentlərə tanımadıqları nömrədən zəng gələrək 4G şəbəkəsinə uyğunlaşdırılması üçün yeni nömrə almalarının lazımlığı bildirilir. Zənglər uzun illər eyni nömrəni istifadə edən vətəndaşlara edilir. Özünü operatorlardan birinin nümayəndəsi kimi təqdim edən şəxs xidmətin müqabilində abonentdən sadəcə 1,50 manat kuryer pulu istəyir.
ONN media xəbər verir ki, bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə bildirilib.
Müəllifin sözlərinə görə, ona gələn zəng zamanı operatorun adının görünməməsi, ya da heç olmasa nömrənin qısa olmaması onda şübhə yaradıb. Bu səbəbdən geri əlaqə saxlayıb (Halbuki adətən operatorlar birtərəfli olur və geri yığmaq mümkün deyil).
Həmin nömrədən cavab verən şəxs əvvəlcə sözügedən operatorun əməkdaşı olduğunu deyib. Rəhbərlikdən kiminləsə danışmaq istədikdə isə, sualları özünü Aytən kimi təqdim edən xanıma yönəldib. O da özünü həmin operatorun əməkdaşı kimi təqdim edib (amma hansı şöbənin və ya xidmətin işçisi olduğunu açıqlamayıb).
Bir az sual-cavabdan sonra isə məlum olub ki, bunlar tamamilə üçüncü tərəfdir. “Aytən” xanım sonda vətəndaşın suallarının qarşısında aciz qalaraq dəstəyi asıb.
Bu insanların məqsədlərinin nə olması aydın deyil. Çünki abunəçiyə aid olan mobil nömrənin onlara kimin necə ötürdüyü barədə heç bir açıqlama verə bilmirlər.
Şikayətçi bu məktubu vətəndaşları ehtiyatlı olmağa çağırmaq üçün yazdığını bildirib. Onun sözlərinə görə, dələduzlar bu yolla nömrəyə giriş əldə edə və müxtəlif cinayət əməlləri üçün istifadə edə bilərlər



Naməlum zəng: Zelenskiyə sui-qəsd ediləcək
Təhsil Nazirliyinin "əməkdaşı" həbs edildi
Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR
Saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq
Fantastik qiymətə nömrələr satılır
Azərbaycan vətəndaşı terror təşkilatının əlindədir
Bu “Azərsu əməkdaşı" vətəndaşları aldadır
“Azercell”dən abonentlərə: Bu mesajlara cavab verməyin
Ermənistanda BİYABIRÇILIQ- Əsgərlərlə bağlı elə birşey olunub ki...
Şəhid qardaşının pulu bu cür oğurlandı
"Polisəm" deyib qadınları şantaj edən şəxsdən YENİ XƏBƏR
Eks sevgilisinə 18 min dəfə zəng edən şəxs HƏBS OLUNDU: Qeyri-adi HADİSƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 