2023-cü ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova ictimaiyyətə və xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.
ONN media xəbər verir ki, bu barədə Əsgərova Feysbuk hesabında məlumat yayıb.
Dilarə Əsgərova qeyd edib ki, oğlu Fərid 4 aydan çoxdur İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir:
"Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfindən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydi, hec kimə ağız açmazdım, deyərdim, zəhmət çəksin, cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də Sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasina (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır) və ən nəhayət, avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy göstərəsiniz!
Mən inanıram ki, Siz mənim çağırışıma biganə qalmayacaqsınız", - paylaşımda deyilib.
Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.
İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə ona tərcüməçi verilməyib



İranda həbs edilən Fəridlə bağlı xəbər var
İranda həbs olunan Fərid nələri danışdı?
Fərid Səfərlinin anasından açıqlama
İranda həbs edilən Fəridin anasından xahişi
Həbs olunan Fəridin anasında SON DURUM AÇIQLAMASI
XİN rəsmi məlumat yaydı
İtkin düşən Fəridlə bağlı yeni xəbər var
Azərbaycanlı tələbəyə İranda HÖKM OXUNDU
Fərid Səfərli ilə bağlı daha bir məlumat
Azərbaycan İrana nota verib - XİN sözçüsü
İtkin düşən Fəridin anası nələri açıqladı- MÜSAHİBƏ
SON DƏQİQƏ: Azərbaycan İrana nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 