Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim.
Bu sözləri ONN media-ya İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
D.Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir:
“İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”.
Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir:
“Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”.
Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb.
İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.



Həbs olunan Fəridin anasında SON DURUM AÇIQLAMASI
İranda həbs edilən Fəridlə bağlı xəbər var
İranda saxlanılan Fəridin anası müraciət etdi
Fərid Səfərlinin anasından açıqlama
İranda həbs olunan Fərid nələri danışdı?
Azərbaycanlı tələbəyə İranda HÖKM OXUNDU
İtkin düşən Fəridlə bağlı yeni xəbər var
İtkin düşən Fəridin anası nələri açıqladı- MÜSAHİBƏ
Azərbaycan İrana nota verib - XİN sözçüsü
"Eurovision" təmsilçimiz Amerikada FƏHLƏLİK EDİRMİŞ
Fərid Səfərli ilə bağlı daha bir məlumat
XİN rəsmi məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 