Avqustun 3-də Ordumuzun “Qisas” əməliyyatı ilə nəzarətinə götürdüyü Qırxqız, Sarıbaba və digər yüksəkliklərə ötən gün Kəlbəcərin şərqindəki Buzdux yüksəkliyi də əlavə olunub.
ONN media xəbər verir ki, Buzdux yüksəkliyinin (2374 metr) Ordumuzun nəzarətinə keçməsi ilə olduqca böyük hərbi-strateji mövqe əldə edilib.
Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları dərhal məhv etmək üçün ərazinin qərb hissəsində bütün strateji yüksəkliklərə Ordumuz sahiblənib.
Bir müddət əvvəl Fərrux yüksəkliyinin də Ordumuzun nəzarətinə keçdiyini yada salsaq, separatçı-terrorçu qüvvələrin faktiki olaraq mühasirəyə düşdüyünü görə bilərik (Xəritədə aydın görünür – red.).
Qeyd edək ki, Sarıbaba yüksəkliyi kimi, Buzduz yüksəkliyini də Rusiya sülhməramlı kontingenti nəzarət altına almağa çalışmış, hətta orda post qurmaq istəmişdilər. Lakin ərazinin rus sülhməramlı kontingentinin məsuliyyət zonasına heç bir aidiyyəti olmadığı əsas gətirilərək, buna imkan verilmirdi.
Xatırladaq ki, məhz Buzdux yüksəkliyi istiqamətində ötən gün hərbçimiz Babək Əliyev minaya düşərək, şəhid olmuşdu.// Yenipress.az



Daha bir yüksəklik Ordumuzun nəzarətinə keçdi
Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik
Ordumuzun azad etdiyi strateji yüksəkliklər - SİYAHI
Naxçıvanda kənd düşməndən azad edildi
Erməni qoşunlar Qarabağın bu ərazisindən çıxarıldı – Nəzarət ordumuzdadır
Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik
Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan
Ermənilərin bu abidəsi ordumuzun nəzarətinə keçdi
Müdafiə Nazirliyi "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirdi
Bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Şahnazaryan
Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələri bunlardır
Bu ərazilər Azərbaycan ordusunun nəzarətinə keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 