78 yaşında ağciyər xərçənginə qalib gələn biologiya müəllimi Cevat Ay həyat təcrübəsini bölüşüb.
ONN media xəbər verir ki, Cevat Ay beyninə yayılan şişdən də xilas ola bilib. O bildirib ki, hər iki xərçəngə ağıllı dərman müalicəsi ilə qalib gələ bilib.
5 il əvvəl qəfildən arıqlamağa başlayan Cevat Ay səbəbi öyrənmək üçün həkimə müraciət edib. O, 4-cü mərhələdə kiçik hüceyrəli ağciyər xərçəngi olduğunu öyrənib. Onkologiya Elmləri Koordinatoru və Tibbi Onkologiya Mütəxəssisi. Dr. Necdet Üskent xəstəyə bildirib ki, kiçik hüceyrəli ağciyər xərçəngi gec yayıldığı üçün müalicə baxımından daha şanslıdır. Bu, Cevat Ayda böyük ümid yaradıb.
Prof. Dr. Necdet Üskent xəstəsinin müalicəsindən danışarkən qeyd edib ki, bu tip xərçəng əksər hallarda yeni nəsil ağıllı dərmanlarla müalicə oluna bilir.
"Pasiyentimiz Cevat Ay qəfildən arıqlamışdı. Ağciyər tomoqrafiyası çəkildi və patoloji müayinə üçün biopsiya götürüldü. Onun 4-cü mərhələ ağciyər xərçəngi olduğu öyrənildi. Ağıllı dərman müalicəsinə başladıq. Ancaq xərçəng beyninə də yayılmışdı. Bunun üçün bir neçə gün radioterapiya aldı. Yaşının çox olması səbəbindən kimyaterapiya onun üçün çətin olacaqdı. Apardığımız araşdırmalar nəticəsində gördük ki, immunoterapiya tətbiq oluna bilər və bu istiqamətdə müalicəyə başladıq və tam cavab aldıq. Təxminən 4 ildir ki, hər şey yaxşı gedir. Biz təqib etməyə davam edirik. Amma xəstəliyində residiv yoxdur və hazırda heç bir dərman istifadə etmir".
Ürəyiniz istəyəni edin!
Cevat Ay böyük qələbəsi ilə bağlı bunları deyib: "Həkim mənə şanslı olduğumu və bu xərçəng növünün gec yayıldığını söyləyəndə ümidim yarandı. Bir an belə ruhdan düşmədim, xəstəliyə qalib gələcəyimi düşünürdüm. Bu prosesdə həyat yoldaşım, qızım və oğlum hər zaman yanımda oldu. Hamısına minnətdaram. Hər 6 aydan bir rutin müayinələrdən keçirəm.
Bu təcrübə həyatımı dəyişdirdi. Əvvəllər daha əsəbi bir insan idim, ancaq xərçəng xəstəliyindən sonra həyata baxışım dəyişdi. İndi məni əsəbləşdirəcək hər şeydən və hər kəsdən uzaqlaşıram. Əlimdən gələni edirəm, özümü daha çox şeyə məcbur etmirəm. Mən mənfi fikirlərə qulaq asmıram. Mübarizə, qazanmaq deməkdir. Ürəyim nə istəyirsə, onu da edirəm. Siz də istədiyinizi edin. 4000 kitabdan ibarət kitabxanam var və bu prosesdə mütaliə sevgimdən heç vaxt vaz keçmədim. Bu prosesdə insanları həyata bağlayan hər şey çox qiymətlidir".



Kiçik hüceyrəli ağciyər xərçəngi nədir? Necə diaqnoz qoyulur? Müalicə necədir?
Ağciyər xərçənginə qarşı 7 ölkədə vaksinasiya başlayıb
Ən çox xərçəngə meyilli orqan hansıdır?
İsrail prezidentinin xanımı vəfat etdi
Üzüm qabığının bu faydasını bilirdinizmi?
Azərbaycanda 43 yaşlı məşhur həkim vəfat etdi
Koronavirus məşhur aktyorun həyatına SON QOYDU
Məşhur Xalq artisti VƏFAT ETDİ
Məşhur müğənni diş həkiminə getdi, xərçəngə yoluxdu
Üzüm qabığının bu faydasını bilirdinizmi?
Şəkərli diabetin yaratdığı daha bir xəstəlik - RİSK YÜKSƏKDİR
Ermənistanda nə baş verir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 